Ramal Hüseynov “Adanaspor”da debüt etdi
09.01.2009 - 17:29
Ramal Hüseynov “Adanaspor”da debüt etdi
“Bakı” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov Türkiyənin “Adanaspor” klubunun heyətində yer alıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu birinci liqa klubunun heyətində bir neçə dəqiqə öncə start götürən yoxlama oyununda iştirak edir. Əsas heyətdə yer alan Ramal mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Bu mövqeyə oyunçuya axtaran “Adanaspor” rəhbərliyi Hüseynovun transferində maraqlıdır. Adı Türkiyənin aşağı liqasının bir sıra təmsilçilərinin ətrafında hallanan futbolçumuzun bu kluba keçidi demək olar, həllini tapıb.

Qeyd edək ki, “Bakı” rəsmiləri Ramalı cari mövsümün sonunadək icarəyə vermkə niyyətindədirlər.
0