İFFHS Azərbaycanın ən yaxşı klublarını müəyyənləşdirib
09.01.2009 - 18:23
İFFHS Azərbaycanın ən yaxşı klublarını müəyyənləşdirib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı 2008-ci ilin ən yaxşı 350 komandası arasında Azərbaycan təmsil olunmayıb. Apasport.az saytının məlumatına görə, qurumun hesablamalarına əsasən, ölkəmizin ən yaxşı klubu “İnter”dir. Ötən ilki çıxışları ilə İFFHS-in reytinqində 53 xal qazanan bakılılar dünyada 436-cı yeri tutub. Azərbaycan çempionu son bir ayda 20 pillə irəliləyərək “350-liy”ə daha da yaxınlaşıb. Hazırda “İnter” İFFHS-in sıralamasında sonuncu olan komandalardan cəmi 9 xal geri qalır.

“İnter” kimi ən yaxşı 1000 komanda sırasında yer alan digər təmsilçilərimiz “Neftçi” və “Xəzər-Lənkəran”dır. Lakin birinci dövrənin qalibindən fərqli, bu iki klub son bir ayda geriləyib. 2008-ci ili 31,5 xalla bitirən flaqman 9 pillə enib - 903-cü yer. “Xəzər-Lənkəran” isə 28,5 xalla dünyanın 992-ci komandasıdır. Cənublular son bir ayda üç pillə geriləməyə məruz qalıblar.

İFFHS-in hesablamalarına görə, ölkəmizin ən yaxşı 5 klubu arasında yer alan digər iki komandamız isə ikinci minlikdə qərarlaşıb. Bunlar “Olimpik” (1056-cı sıra) və “Qarabağ”dır (1257-ci pillə).
0