“Girəsunpor” rəhbərliyi Vasif Əliyevin qarşısında şərt qoyub
09.01.2009 - 18:48
“Girəsunpor” rəhbərliyi Vasif Əliyevin qarşısında şərt qoyub
Türkiyənin “Girəsunspor” klubu Azərbaycan olimpiya yığmasının futbolçusu Vasif Əliyevin qarşısında şərt qoyub. Apasport.az saytının məlumatına görə, Antalyada hazırlıq keçən birinci divizion təmsilçisinin baş məşqçisi Əli Ərən heyətdən kənarlaşdırmaq istədiyi 21 yarımmüdafiəçini düşərgədə saxlasa da, ona çempionatda oynayacağına zəmanət verməyib.

“Girəsunspor”un turnir cədvəlində ağır vəziyyətini nəzərə alan Ərən təcrübəli futbolçuları cəlb etməklə, onların sayəsində birinci liqada yerlərini qoruyacaqlarına ümid edir. Belə olan halda, Vasif yeni klubunda günlərini daha çox ehtiyat skamyasında keçirəcək.

Əliyevin başqa kluba keçidinə problem yaratmaq fikrində olmayan “Girəsunspor”un futbolçu ilə yarım illik anlaşması var. Oyun praktikası qazanmaq üçün başqa komanda haqda düşünən futbolçumuzun Türkiyənin aşağı liqasında digər təmsilçiləri - “Kasımpaşa” və ya “Altay” klubuna keçidi ilə bağlı danışıqlar gedir.
0