Rəşad Sadıqova ehtiyac olmadı
09.01.2009 - 18:57
Rəşad Sadıqova ehtiyac olmadı
Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqovun baxışda olduğu Türkiyənin “Kocaelispor” klubu bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Superliqada yaranan qış fasiləsində ikinci yoxlama matçına çıxan Kocaeli təmsilçisi bu dəfə də böyük hesabla uduzub. İlk qarşılaşmada “Samsunapor”a 0:4 hesabı ilə məğlub olan “Kocaelispor” “İstanbul Böyükşəhər Bələdiyyəsi”nə də “boyun əyib” - 1:4.

Komandanı meydana çıxaran məşqçi Aykut Okan Sadıqovu meydana buraxmağa ehtiyac duymayıb. Maraqlıdır ki, qarşılaşmada iştirak edən 17 futbolçu sırasında olmayan 27 yaşlı müdafiəçimiz ehtiyat oyunçular skamyasında da rast gəlinməyib.

Qeyd edək ki, Rəşad “Samsunspor”la oyununu ikinci 45 dəqiqəsində oynamışdı.
0