Azərbaycan milli komandası “Çaykur Rizəspor”a məğlub olub
10.01.2009 - 11:26
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Azərbaycanın 21 yaşlılardan ibarət milli komandası ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Bernard Lippertin yetirmələri Türkiyə çempionatının birinci divizionunda çıxış edən “Çaykur Rızəspor”la qarşılaşıb. İlk yoxlama matçında Şotlandiya “Kilmarnok”unun əvəzedici heyətini 4:0 hesabı ilə darmadağın edən yığmamız bu dəfə meydanı məğlub tərk edib – 1:2. Görüşün ilk dəqiqələrində Pərvin Paşayevin qolu ilə hesabda önə keçməsinə baxmayaraq, millimiz Suat Kayanın yetirmələrinin iki dəfə fərqlənməsinə əngəl ola bilməyib. Türkiyə mətbuatı yığmamızın heyətində Pərvinlə Nodar Məmmədovun oyununu fərqləndirib.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0