Makedoniyalı futbolçu Azərbaycan klubunu qorxudub
10.01.2009 - 12:10
Makedoniyanın “Vardar” klubunun futbolçusu Burhan Emrulahu karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu ölkəmizdən təklif alıb. İl yarım əvvəl “Şkendiya” klubundan Makedoniyanın ən titullu komandasına keçən Burhan hələ də bu transferin gerçəkləşəcəyinə ümid edir. Vətənində açıqlama verən Emrulahinin sözlərinə görə, potensial müştərilərini onun qiyməti də qorxudub: “Azərbaycanlı menecerlərdən bir mənimlə əlaqə saxlamışdı. Bu ölkə klublarından birinə keçidimdə vasitəçi olmaq istəyən həmin şəxs sonradan yoxa çıxdı. Mən hələ də onun növbəti zəngini gözləyirəm. Düşünürəm ki, onun itməsinə qiymətimin yüksək olması səbəb olub”.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0