Berti Foqts məşhur futbolçuya uduzdu
10.01.2009 - 12:51
İkinci dünya müharibəsindən sonrakı dövrün futbolçularından ibarət rəmzi yığma komandası tərtib olunub. Apasport.az saytının məlumatına görə, ABŞ-ın Miçiqan Universitetinin professoru Andrey Markoviç həyatı ərzində izlədiyi bütün oyunçularla bağlı araşdırmalar apararaq, son 64 ilin ideal “11-liy”ini müəyyənləşdirib.
Azərbaycan milli komandasının alman baş məşqçisi Berti Foqts yığmaya namizəd olsa da, heyətdən kənar qalıb. Professorun fikrincə, 63 yaşlı mütəxəssis sağ cinah müdafiəçisi kimi üç ən yaxşıdan biridir. Lakin Markoviç bu mövqeyə Foqts və italiyalı Canluka Zambrottadan daha çox haqqı olan oyunçu tanıyır. Belə ki, Hari Nevili dahiliyinə görə digər iki arxa xətt oyunçusundan üstün tutan təhqiqatçı məhz ingilisi rəmzi yığmaya daxil edib. Ondan başqa, qapıçı Lev Yaşin (SSRİ), müdafiəçilər Frants Bekkenbauer (Almaniya), Roberto Karlos (Braziliya), Caçinto Fakketti (İtaliya), yarımmüdafiəçilər Ruud Qullit, Yohan Kroyff (hər ikisi Hollandiya), Günter Netser (Almaniya), hücumçular Qarrinça, Pele (hər ikisi Braziliya) Maradona (Argentina) rəmzi komandada yer alıb.
Xəyallarının komandasını dahi mütəxəssis Rinus Mihelsin (Hollandiya) çalışdırmasını arzulayan professor Mişel Platini, Zinəddin Zidan (hər ikisi Fransa) və Roberto Falkaonu (Braziliya) ehtiyat oyunçular skamyasında “əyləşdirib”.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0