Azərbaycan və Yunanıstan klubları hansı futbolçunu istəyir?
10.01.2009 - 13:38
Azərbaycan və Yunanıstan klubları hansı futbolçunu istəyir?
Azərbaycan klubu Bolqarıstan çempionatının mükafatçısı üçün yunanlarla mübarizə aparır. Apasport.az saytının məlumatına görə, “Çernomorets”in transferə çıxardığı Lyubomir Lyubenova Azərbaycan və Yunanıstan klubları ələ keçirmək istəyir. Hazırda təlim-məşq toplanışına başlayan əsas komanda ilə deyil, əvəzedici heyətlə hazırlıq keçən 29 yaşlı yarımmüdafiəçi “müştəri”ləri arasında seçim etməlidir.

Karyerası ərzində “Venets”, “Slançev Bryaq”, “Spartak”, MOİK, “Marek”, “Levski”, “Radopa” və “Liteks” komandalarında da çıxış edən Lyubomir Bolqarıstan çempionatlarında iki dəfə gümüş, bir dəfə bürünc medal qazanıb. Lyubenov avrokuboklarda keçirdiyi 19 matçda da 4 qol vurub.
0