“Feyenoord” “Neftçi” ilə oyuna zədəli futbolçularını çıxaracaq
10.01.2009 - 13:52
“Neftçi” ilə qarşılaşma Hollandiyanın “Feyenoord” klubu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyununda bakılıları sınağa çəkəcək hollandlar iki futbolçusunun heyətə dönməsini gözləyir. Rotterdam təmsilçisinin zədə üzündən neçə vaxtdır yaşıl meydandan kənarda qalan müdafiəçiləri Kevin Hofland və Tim de Klerin bərpa prosesini tamamlamasına sevinən “Feyenoord”un baş məşqçisi Qertjan Verbeek digər zədəli Serqinyonun da növbəti oyunlara hazır olacağına ümid edir.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0