“Muğan”da Qana və Seneqaldan futbolçular
10.01.2009 - 14:31
“Muğan”da Qana və Seneqaldan futbolçular
Salyanın “Muğan” klubu iki afrikalı futbolçunu baxışa dəvət edib. Apasport.az saytının məlumatına görə, komandasının hücum xəttini gücləndirmək niyyətində olan baş məşqçi Vladislav Qədirov Afrikadan olan iki ön xətt oyunçusunu sınayacaq. Belə ki, Qana və Seneqaldan olan gənc oyunçular yaxın günlərdə komandanın düşərgəsinə təşrif buyurmalıdır.

Qeyd edək ki, “Muğan” qış fasiləsində beş futbolçu ilə müqavilə bağlayıb. Qvineyalı Pathe Banquranı Azərbaycana qaytaran salyanlılar yerli futbolçulardan Fəxrəddin Mürvətov, Sənan Qurbanov, Samir Məmmədov, həmçinin milliləşən rusiyalı Vladimir Kramarenko ilə bir illik anlaşıb.
0