Azərbaycan yığmasının Dubay planı
                    
                    10.01.2009 - 14:48
                        
                    
                        
                        Azərbaycan milli komandası Dubayda gündə iki dəfə məşq edəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yanvarın 27-dən fevralın 12-dək təlim-məşq toplanışı keçirəcək yığmamız hər gün iki dəfə hazırlıq keçəcək. Komandanın almaniyalı baş məşqçisi Berti Foqts saat 10:00 və 16:00-da yetirmələrini meydana çıxaracaq.
Qeyd edək ki, milli komanda toplanışı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.
                    Qeyd edək ki, milli komanda toplanışı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.
                                
                                0
                                
                                0