Milli komandamız “Maradonanı” zərərsizləşdirdi
10.01.2009 - 15:02
Milli komandamız “Maradonanı” zərərsizləşdirdi
“Biz bu gün həm Azərbaycan, həm də dostum Nikolay Saviçevin baş məşqçisi olduğu Rusiya yığması üçün oynayırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib. Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin son turunda Çili yığmasına 1:0 hesabı ilə qalib gələn yığmamızın çalışdırıcısı nəticədən razı qalıb: “Biz Rusiya komandasına kömək etməli idik. Oyuna gəlincə, yetirmələrimin yalnız bir əsas tapşırığı var idi: rəqibim on nömrəli futbolçusunu zərərsizləşdirmək. Düşünürəm ki, bunu bacardıq”.

Qeyd edək ki, cənubi amerikalıların 10 nömrəli futbolçusu Sezar Valensuela Martinesdir. İtaliyanın “Udineze” klubu ilə müqavilə bağlayan 16 yaşlı bu istedad indidən ikinci Maradona sayılır.
0