Çili yığmasının baş məşqçisi: Azərbaycanlı qapıçı olmasaydı...
10.01.2009 - 15:15
“Bilərəkdən üstünlüyü Azərbaycan yığmasına vermişdik. Oyunumuzu əks-hücumlardan qurmaq niyyətində idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çilinin yeniyetmələrdən ibarət milli komandasının baş məşqçisi Sesar Vaksia deyib.
Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə 19 yaşlılardan ibarət millimizə uduzan cənubi amerikalıların çalışdırıcısı mətbuat konfransında da qapılarına vurulan qolun gözəlliyindən danışıb: “Azərbaycanla oyun çox ağır keçdi. Hər şey bizim istəyimizə uyğun şəkildə gedirdi. Belə bir vaxtda ən dəhşətli hadisə baş verdi. Biz qol vurduq – öz qapımıza. Etiraf edim ki, çox gözəl qol idi, amma heyf ki, avtoqol idi. Rəqib komandada isə təbii ki, qapıçını fərqləndirərdim. O olmasaydı, biz nəinki hesabı bərabərləşdirəcəkdik, hətta qələbə də qazanardıq”.
Qeyd edək ki, Azərbaycan Çili yığmasına 1:0 hesabı ilə qalib gəlib.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0