“Neftçi” “Feyenoord”la yoxlama görüşündə darmadağınla üzləşdi
10.01.2009 - 21:08
Bakının “Neftçi” klubu Antalyada ilk yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Hollandiyanın adlı-sanlı “Feyenoord” komandasıyla görüşdə dördqat Azərbaycan çempionu darmadağınla üzləşib. Belə ki, hollandların beş dəfə fərqləndiyi qarşılaşmada “Neftçi” Samir Əliyevin sayəsində yalnız bir qol vurub – 1:5.
Türkiyəli hakim Gencay Harmanın idarə etdiyi oyunda hesabı 11-ci dəqiqədə məşhur Roy Makay açıb. 10 dəqiqə sonra Fer penaltidən ikinci topu vurub. Birinci hissənin başa çatmasına 6 dəqiqə qalmış Fer özünün ikinci, komandasının üçüncü topunu vurub. İkinci hissədə Slori 58 və 68-ci dəqiqələrdə fərqlənməklə, hesabı biabırçı həddə çatdırıb. Bundan yalnız 7 dəqiqə sonra komandamız təsəlli qolunu vura bilib.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0