Hacıyevski: Mən bir futbolçunun transferini istəmişəm
10.01.2009 - 22:23
Hacıyevski: Mən bir futbolçunun transferini istəmişəm
“İstədiyimiz futbolçuların əksəriyyətini transfer edə bilmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib. Nəzərdə tutulan bütün transferlərin yekunlaşdığını bildirən makedoniyalı çalışdırıcı gürcüstanlı yarımmüdafiəçi Georgi Adamiya haqda bunları söyləyib: “Adamiyanı da transfer edə bilərik. Onun potensialına inandığım üçün komandamda görmək istəyirəm. Heyətimizdə nəzərdə tutulandan çox - bir futbolçunun keçidini mən istəmişəm. Bu heyətlə biz ikinci dövrədə birincidən qat-qat yaxşı çıxış edəcəyik”.
0