Tanınmış futbolçunun cazibədar xanımını əvvəl döyüb, sonra qarət etdilər
10.01.2009 - 23:57
Tanınmış futbolçunun cazibədar xanımını əvvəl döyüb, sonra qarət etdilər
Moskvanın “Spartak” klubunun sabiq futbolçusu Dmitri Parfenovun xanımı soyğunçuluğa məruz qalıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, oğrular gecə saatlarında Natalya Parfenovaya basqın edərək, ona bir neçə ağır zərbə endirməklə yanaşı, əl çantasını aparıblar.

Məlumatı təsdiqləyən Parfenov bildirib ki, evdə Natalyanı gözləyirmiş: “Evə gələndə ağladığını gördüm. Nə baş verdiyini soruşandan sonra tez aşağı düşdüm. Amma gec idi. Oğrular qaçıb getmişdilər. Həmin vaxt Natalyanın çantasında 207 min rubl, bahalı telefon, sənədlər və digər bahalı qızıl-zinət əşyaları var idi”.

Qeyd edək ki, 28 yaşlı Natalya yerli jurnallardan birinin versiyasına əsasən, ölkəsində ən cazibədar qadınlardan biri olub.
0