Azərbaycanlı futbolçunun ilinə 1,2 milyon avro
11.01.2009 - 13:14
Azərbaycanlı futbolçunun ilinə 1,2 milyon avro
“Qalatasaray” rəhbərliyi Avropadan bir sıra təkliflər alan Sərvət Çətini buraxmaq fikrində deyil. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub rəsmiləri müdafiəçi ilə müqaviləni uzatmaq üçün onun menecerini Antalyaya dəvət edib. “Cim-Bom” əslən azərbaycanlı futbolçunun daha 3 il komandada qalmasını istəyir. Üstəlik, yeni anlaşmaya əsasən, Sərvətin illik qazancı 700 min avrodan 1,2 milyon avroya qaldırılacaq. Tərəflər arasında danışıqlar sabah olacaq.
0