Mahmud Qurbanovun “İnter” klubundan ayrılmasının əsl səbəbi açıqlanıb
11.01.2009 - 15:50
Mahmud Qurbanovun “İnter” klubundan ayrılmasının əsl səbəbi açıqlanıb
Təcrübəli yarımmüdafiəçi Mahmud Qurbanovun “İnter” klubundan ayrılmasının əsl səbəbi açıqlanıb. Etibarlı mənbələrdən apasport.az saytına daxil olan məlumata görə, birinci dövrənin sonlarında ehtiyat oyunçular skamyasında oturmaqdan bezən Qurbanov baş məşqçi Valentin Xodukindən meydana çıxmamağının səbəbini soruşub.

Xəbərdə bildirilir ki, ukraynalı çalışdırıcının verdiyi izah futbolçunu razı salmayıb və bundan əsəbiləşən 36 yaşlı pleymeyker baş məşqçini söyüb. Məhz bundan sonra Xodukin komanda rəhbərliyi qarşısında məsələ qaldıraraq, Qurbanovun ona lazım olmadığını bildirib.

İstirahət günü olduğundan bununla bağlı tərəflərin mövqeyini öyrənə bilmədik.
Mövzuya qayıdacağıq.

Qeyd edək ki, doqquz qat Azərbaycan çempionu olan Mahmud Qurbanov az öncə paytaxtın digər təmsilçisi “Bakı” klubuna keçib.
0