“Neftçi” klubunun sabiq qapıçısı Ziko ilə çalışacaq
12.01.2009 - 12:04
“Neftçi” klubunun sabiq qapıçısı Vyaçeslav Çanov Artur Ziko ilə bir komandada çalışacaq. Apasport.az saytının məlumatına görə, 58 yaşlı mütəxəssis Moskva MOİK-ni çalışdıracaq braziliyalı məşqçinin köməkçisi olacaq. Özbəkistan “Bunedkor”unu MOİK-ə dəyişən Ziko Çanovu köməkçisi kimi saxlamağa qərar verib. Qapıçılarla işləyən mütəxəssis müxtəlif vaxtlarda vaxtilə çıxış etdiyi MOİK-in məşqçilər korpusunda yer alıb. 2002-ci ildən bu yana davamlı olaraq “hərbçilər”lə çalışan Çanov Valeri Qazzayev və portuqaliyalı mütəxəssis Artur Jorjedən sonra Zikonun da etimadını qazana bilib. “Neftçi”nin heyətində SSRİ çempionatının güclülər dəstəsində çıxış edən qapıçı bir mövsümdə (1985/86) keçirdiyi 33 oyunda 35 top buraxıb.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0