Qranatkinin xatirəsinə həsr olunan turnirdə Azərbaycan ikinci olub
12.01.2009 - 13:32
Azərbaycan futbol azarkeşləri Rusiya mətbuatının diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə canfəşanlığı ilə seçilib. 19 yaşlılardan ibarət milli komandalar arasında keçirilən yarışın yekunlarına xüsusi yazı həsr edən rusiyalılar azarkeşlərimizi az qala birinci yerə şərik sayır: “Ən böyük azarkeş dəstəyinin Rusiya yığmasında olduğunu ehtimal etmək olar. Lakin Azərbaycandan olan azarkeşlər heç də onlardan az fəallıq göstərmirdi. Öz komandalarını dəstəklədikdən sonra tribunaları tərk etməyən fanatlar Türkiyə bayraqlarını tapıb, öz türk qardaşlarını irəli səsləyirdilər”.
Qeyd edək ki, Azərbaycanın yeddinci yeri tutduğu turnirdə Türkiyə daha uğurlu çıxış edərək ikinci olub.
Qeyd edək ki, Azərbaycanın yeddinci yeri tutduğu turnirdə Türkiyə daha uğurlu çıxış edərək ikinci olub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0