“Neftçi” daha bir Almaniya çempionu ilə görüşəcək
13.01.2009 - 11:43
“Neftçi” daha bir Almaniya çempionu ilə görüşəcək
“Neftçi” klubunun Türkiyədə təlim-məşq toplanışında qarşılaşacağı növbəti rəqiblər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah üçqat Almaniya çempionu “Karl Seys” ilə qüvvəsini sınayacaq flaqmanın alman baş məşqçisi Hans-Yurgen Gede həmyerliləri ilə daha bir yoxlama oyunu keçirəcək. Belə ki, “Neftçi” yanvarın 23-də “Ştutqart”ın əvəzedici komandası ilə qüvvəsini sınayacaq. “Karl Seys” kimi, “Ştutqart” da ölkə çempionluğunu qazananlar sırasındadır. Yanvarın 16-da isə “Neftçi”nin Novosibirsk “Sibir”i ilə görüşməsi nəzərdə tutulub. Rusiyanın birinci divizionunda çıxış edən bu komandanın məşqçilərindən biri vaxtilə “Neftçi”yə qarşı oynamış “İnter”in belaruslu qapıçısı Vitali Varivonçikdir. Flaqmanın “Sibir” və “Ştutqart”la oyunlar arasında – yanvarın 20-də də yoldaşlıq görüşü keçirmək planında olsa da, rəqib hələ ki seçilməyib.
0