Tağızadə qol vurdu
14.01.2009 - 16:37
Tağızadə qol vurdu
Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası yoxlama oyunu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, almaniyalı mütəxəssis Bernard Lippertin yetirmələri Türkiyə toplanışı ərəfəsində son matçında “Bakı-2” ilə qarşılaşıb. Bu gün keçirilən görüşdə 2:0 hesabı ilə qalib gələn yığmanın heyətində Ruslan Tağızadə və Emin Mehdiyev fərqlənib.

Qeyd edək ki, U-17 yanvarın 15-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Antalya hazırlığında olan millimiz ayın 19-da Şotlandiyanın “İnverness” klubunun 17 yaşlılarını sınağa çəkəcək.
0