“Milan” Azərbaycan çempionunu İtaliyaya dəvət etdi
14.01.2009 - 18:52
“Milan” Azərbaycan çempionunu İtaliyaya dəvət etdi
Azərbaycan çempionu “İnter” İtaliyada keçiriləcək beynəlxalq turnirə dəvət alıb. Bu barədə apasport.az saytına məlumat verən paytaxt təmsilçisinin prezidenti Georgi Nikolovun sözlərinə görə, əvəzedicilərdən ibarət komandanın bu ölkədə keçirilən yarışda perspektivi müzakirə olunub. O, bildirib ki, İtaliyanın məşhur “Milan” klubu əməkdaşlıq etdiyi “İnter”in bu turnirdə iştirakında maraqlıdır: “Milan Junior Camp”ın Bakıda təşkil edən “Milan” nümayəndəsi ilə turnirdə iştirak etməklə bağlı telefon söhbətimiz olub.

İtaliyada keçiriləcək bu turnirdə gənclər, 21 yaşa qədər futbolçulardan ibarət komandaların iştirakı nəzərdə tutulub. Ora İtaliyanın “Milan”la yanaşı, “İnter”, “Yuventus”, “Roma”, “Parma”, “Sampdoriya”, “Palermo”, “Torino”, “Syena” klubları iştirak edəcək. Kənardan isə İngiltərənin “Kuinn Park”, Moskva “Spartak”ı, İsrailin “Makkabi” komandaları qatılacaq. Rəsmi dəvət göndəriləndən sonra bizim də bu turnirdə iştirakımız reallaşacaq”.

Qeyd edək ki, “İnter”i 5 illik yubileyi münasibətilə “Milan”ı ölkəmizə gətirmək variantını götür-qoy edirdi. Ancaq italyanların komandamızla qarşılaşmağın müqabilində təxminən 2 milyon avro istəməsi səfərin baş tutmasına əngəl törədib.
0