“Neftçi” üçqat Almaniya çempionuna qalib gəldi
14.01.2009 - 19:34
“Neftçi” klubu Antalyada keçirdiyi təlim-məşq toplanışında ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, komandamız üçqat Almaniya çempionu “Karl Zeys”i məğlub edib – 2:1. Hazırda Almaniyanın aşağı divizionunda çıxış edən komandanın qapısından qolları baxışda olan legionerlər - litvalı Mindauqas Kalonasla makedoniyalı Aleksandr Bayenski keçirib.
Bayenski İrlandiyanın “Bohemians” klubunun heyətində ölkə çempionluğunu qazanan Litva milli komandasının oyun qurucusu Kalonasdan sonra düşərgəyə gəlib. Makedoniyanın ən titullu klubu “Vardar”ın maliyyə problemləri ucbatından dağılması 28 yaşlı Aleksandrı özünə yeni komanda axtarmağa sövq edib.
Qeyd edək ki, “Neftçi”də baxışda olan dörd legioner iki gün sonra Rusiyanın birinci dəstə təmsilçisi “Sibir”lə oyunda da sınanacaq.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0