“Xəzər-Lənkəran”: 3:1 hesablı ikinci qələbə
14.01.2009 - 21:33
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” ikinci yoxlama görüşündə də qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi Qazaxıstanın “Aktobe” klubunu üstələyib – 3:1.
Komandamızdan qolları dubl edən braziliyalı Mario Souza və Azərbaycan Premyer Liqasının bombardiri İvan Svetkov vurub. İqor Ponomaryovun komandası yanvarın 16-da Rusiya “Salyut-Enerji”si ilə qarşılaşacaq.
Qeyd edək ki, Lənkəran təmsilçisi ilk yoxlama matçında Türkiyənin aşağı divizionunda çıxış edən “Adana Dəmirspor” klubunu 3:1 hesabı ilə məğlub edib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0