Qurban Qurbanovun futbol fəlsəfəsi və istəyi
14.01.2009 - 22:18
Qurban Qurbanovun futbol fəlsəfəsi və istəyi
Antalyaya hazırlığa yollanan “Qarabağ” gərgin iş rejimində çalışır. Baş məşqçi Qurban Qurbanov klubun saytına verdiyi açıqlamada təlim-məşq toplanışında daha çox nəyə üstünlük verəcəklərini bildirib: “Təbii ki, ən böyük məqsəd fiziki hazırlıqla bağlıdır. Bu, hər kəsə bəllidir. Mənim futbol fəlsəfəm də yüksək fiziki hazırlığa əsaslanır. Ayaqda güc olmayandan sonra nə qədər texnikalı olsan faydasızdır”.

Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı yoxlama oyunları ilə bağlı suala belə cavab verib: “Təbii ki, yoxlama oyunu keçirəcəyik. Amma qeyd etdiyim kimi, yoxlama oyununu elə vaxtı keçirmək istərdik ki, futbolçular “yanmasın”. Çünki fiziki yükləmələrin fəsadı ola bilər. İlk oyunumuzu ən azı 1 həftə sonra keçirəcəyik. Böyük ehtimalla, ayın 21-də ilk görüşümüzə çıxacağıq. Yoldaşlıq oyunlarının nəticəsindən deyil, ümumi məzmundan nəticə çıxarmaq istəyirik”.
0