Daha iki azərbaycanlı “Birlik kuboku”nda
15.01.2009 - 10:32
Daha iki azərbaycanlı “Birlik kuboku”nda
“MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirində Belarusu təmsil edəcək “MTZ-RİPO” klubunun sifariş vərəqəsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında üçüncü yeri tutan Minsk təmsilçisi yarışa 19 futbolçu ilə yollanacaq. Komandanın baş məşqçisi Yuri Puntus iki azərbaycanlını da Rusiyaya yollanacaq heyətə daxil edib. Bir il əvvəl belaruslularla müqavilə bağlayıb, son yarım ili icarə əsasında “Darida”da keçirən Elmar Xeyirovla yanaşı, ötən ay “MTZ-RİPO”nun düşərgəsinə yollanan Arzu Nəsibovun da adı iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, minsklilər “Birlik kuboku”nda “Ekranas” (Litva), “Aşqabat” (Türkmənistan) və Rusiya gənclər yığması ilə bir qrupda mübarizə aparacaq.
0