“Karl Zeys” klubunun baş məşqçisi: Qollar “Neftçi”yə hədiyyəmiz idi
15.01.2009 - 10:35
“Neftçi” matç ərzində cəmi iki dəfə qapımız qarşısında təhlükə yaratdı. Bu bizdən onlara bir hədiyyə idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Karl Zeys” klubunun baş məşqçisi Rene van Ekk deyib.
Türkiyənin Antalya şəhərində keçirilən yoxlama matçında “Neftçi”yə 1:2 hesabı ilə uduzan üçqat ADR çempionunun çalışdırıcısı komandasından razı qalıb: “Uduzmağımıza baxmayaraq, komandamdan razı qaldım. Futbolçular sonadək mübarizə apardı. Onlar mənim görmək istədiklərimi tam kamil şəklində yerinə yetirdilər. Həm də unutmayaq ki, “Neftçi” ilə görüş yoxlama oyunu idi və nəticə arxa planda durur”.
Qeyd edək ki, “Karl Zeys”lə matçda “Neftçi”nin qollarını baxışda olan legionerlər Aleksandr Bayenski və Mindauqas Kalonas vurub.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0