Layzans “İnter” klubundan təklif gözləyir
15.01.2009 - 11:04
Layzans “İnter” klubundan təklif gözləyir
Latviya milli komandasının yarımmüdafiəçisi Yuri Layzans karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçuya Bakının “İnter” klubu maraqlanır. Bu haqda məlumat verən Layzansın meneceri Aleksandr Zotovun sözlərinə görə, müştərisinin Azərbaycanla yanaşı, Yunanıstanda da oynamaq variantı var: “Yerli komanda “Larisa” Layzansa göz qoyub. Yuru ilə maraqlanan klublardan daha konkret təkliflər gözləyirik. Onunla “Los-Anceles Qalaksi” də daxil olmaqla, ABŞ-ın bir neçə klubu maraqlanmışdı. Ancaq orada futbolçuya çox aşağı məbləğdə müqavilə təklif edirlər. Hazırda ABŞ-da problemlər çoxdur və klublar legionerləri cəlb etməyə elə da can atmırlar”.

“İnter”in latviyalı yarımmüdafiəçisi Andrey Rubinlə həm “Skonto”, həm də yığmada komanda yoldaşı olan Layzans karyerasının ilk illərini bu klubda (1997-2000, 81 oyun, 10 qol) keçirib. “Skonto” ilə ölkə çempionu olan Yuri Andreylə birgə 2000-ci ildə “Şəmkir”ə Çempionlar Liqasında yenildikləri görüşdə iştirak edib. Ardından Moskva MOİK-inə (2001-2005, 97 oyun, 10 qol) transfer olunan Layzans növbəti çempionluğunu bu komanda ilə qazanıb. MOİK-i tərk etdikdən sonra karyerasını Rusiyada davam etdirən yarımmüdafiəçi “Torpedo” (2005, 9 oyun, 1 qol), “Rostov” (2006, 21 oyun, 1 qol), “Kuban” (2007, 24 oyun, 4 qol) və “Şinnik”də (24 oyun, 1 qol) oynayıb. 1998-ci ildə milli komandaya cəlb olunan Layzans oyun sayına görə Rubinlə şərikdir. Belə ki, hər iki futbolçu 97 oyun keçirsə də, Andrey 8, Yuri 15 qol vurub. Buna görə, Layzans oyun sayına görə 5-ci yerdə olmaqla, həmyerlisini qabaqlayır. Yuri Andrey kimi yığmamıza qarşı oynayıb və hər ikisi 2004-cü ildə Avropa çempionatının final mərhələsində iştirak edib. Bakıya ÇL oyunu çərçivəsində ikinci səfəri 2004-cü ildə MOİK-in heyətində olan Layzans “Neftçi” ilə görüşdə çıxış edib.
0