Türkiyə mətbuatı “Bakı”nın potensial futbolçusunun halına acıdı
15.01.2009 - 11:48
Türkiyə mətbuatı “Bakı”nın potensial futbolçusunun halına acıdı
“Bakı” klubunun transfer etmək istədiyi Türkiyə milli komandasının və “Fənərbaxça”nın üzvü Tümər Mətinə azad agent statusu verilib. Apasport.az saytının məlumatına görə, bununla bağlı Türkiyə mətbuatında məqalə dərc olunub. Yazının müəllifi “Bakı”nın potensial futbolçusunun halına ağlayıb, onun karyerasında ən çətin günləri yaşadığını vurğulayıb.

“Tümər Mətin bir vaxtların ən məşhur futbolçularından idi. İndi isə... Hətta azad agent statusuna malik olmasına baxmayaraq, Türkiyədə onunla heç kim maraqlanmır. Buna görə də o, yenidən legioner həyatı yaşamaq məcburiyyətində qalıb” - deyə məqalədə qeyd olunub.

Bildirilir ki, “Fənərbaxça”da ümidləri doğrultmayan 34 yaşlı yarımmüdafiəçinin ötən il icarə əsasında oynadığı Yunanıstan “Larissa”sına dönməsi mümkündür. Lakin məqalənin müəllifi Tümərin “Bakı”nın transfer siyahısında yer almasına toxunmayıb.
0