“İnter”in rəqibləri Moskvaya təyyarə ilə gələ bilmir
15.01.2009 - 12:18
“MDB və Baltika ölkələrinin çempionlarının Birlik kuboku” turnirinin təşkilatçıları iştirakçı komandaların yarışa gəlmək və məşq tarixlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı yarışda təmsil edəcək Bakının “İnter” klubu sabah Rusiyanın Moskva şəhərində olacaq. Təşkilatçılar ölkə çempionumuzu saat 13:40-da “Şeremetyevo-2” hava limanında gözləyəcək.
Maraqlıdır ki, “İnter” bu hava limanında qarşılanacaq yeganə komandadır. Digər komandaların bəziləri qatarla gələcək, digərləri daha az nüfuza malik “Domodedovo”ya enəcək. Bakılıların rəqiblərindən ikisi - “Ventspils” (Latviya) və “İnter” (Finlandiya) klubları da Moskvaya təyyarə yox, qatarla gələcək. Latviyalılar sabah saat 10:41, finlandiyalılar isə nisbətən tez - saat 9:25-də Moskva vağzallarında qarşılanacaq. Digər rəqib Qırğızıstanın “Dordoy-Dinamo” klubu isə ayın 11-dən Moskvada hazırlıq keçir.
Baş məşqçi Valentin Xodukinin yetirmələri ilk məşqinə axşam saat 20:00-da çıxacaq. Komandamız “Dinamo” manejində hazırlıq keçəcək. Sabah qatarla gələn rəqiblərimiz isə ilk məşqi “Olimpiyski” manejində keçirəcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0