Yığmamızın futbolçuları sabah “Anderlext”in düşərgəsində olacaq
15.01.2009 - 15:07
“Bakı”nın futbolçuları Aqil Məmmədovla Bəxtiyar Soltanov sabah “Anderlext” klubunun düşərgəsində olacaq. Apasport.az saytının məlumatına görə, olimpiya yığma komandamıza da cəlb olunan bu oyunçular Belçikaya viza problemini həll ediblər. Aqillə Bəxtiyarın məhz bu problemə görə adıçəkilən ölkəyə səfəri bir müddət öncə təxirə salınmışdı. Adlı-sanlı klubunun düşərgəsində iki həftə hazırlıq keçəcək Məmmədovla Soltanov yanvarın 29-da Brüsseldən Antalyaya yollanıb, “Bakı”da məşqlərini davam etdirəcək.
Qeyd edək ki, gənc futbolçuların səfəri “Bakı” ilə “Anderlext” arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqaviləyə əsasən reallaşıb.
Qeyd edək ki, gənc futbolçuların səfəri “Bakı” ilə “Anderlext” arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqaviləyə əsasən reallaşıb.
- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0