Anadan olmayan futbolçuya müştəri çıxıb
15.01.2009 - 15:14
Reallıqda olmayan futbolçu dünyanın ən perspektivliləri siyahısına düşüb. Apasport.az saytının məlumatına görə, planetin ən perspektivli futbolçusunun reytinq siyahısını tərtib edən İngiltərənin məşhur “Tayms” qəzeti çıxılmaz vəziyyətə düşüb. Belə ki, britaniyalıların tərtib etdiyi “50-lik”də yer alan oyunçulardan birinin mövcud olmadığı aşkarlanıb.
Moldova yığmasının və “Olimpiya” klubunun hücumçusu kimi təqdim edilən Masal Buqduv “Tayms”ın reytinqində 30-cu futbolçu kimi göstərilib. Lakin siyahı açıqlanandan sonrakı bir neçə gün ərzində aparılan araşdırmalar maraqlı faktı üzə çıxarıb. Belə ki, rus həmkarlarımızın axtarışları öz bəhrəsini verməyib. Yəni, Masal Buqduv adlı futbolçunun olması faktı üzə çıxmayıb. Nə Moldova yığmasında, nə də “Olimpiya” klubunda 16 yaşlı Buqduvun adına rast gəlinib. Klubun və federasiyanın rəsmi saytlarında bu oyunçunu tapmayan həmkarlarımız futbolçunun İngiltərə “Arsenal”ının hədəfində olması ilə bağlı xəbərlərlə rastlaşıblar.
Dünyanın ən perspektivli oyunçuları siyahısında birinci yeri isə braziliyalı yarımmüdafiəçi Ernanes tutub.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0