Türkiyə milli komandasının kapitanı dəyişdi
15.01.2009 - 15:27
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim yığmanın kapitanını dəyişdirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, mütəxəssis sarğının Əmrə Bələzoğludan alınıb Tuncay Şanlıya verilməsini istəyib.
Belə ki, yanvarın 12-də 2008-ci ilin ən yaxşılarının müəyyənləşdiyi tədbirə də kapitan kimi bu sarğının yeni sahibi yollanıb. Türkiyə Futbol Federasiyasında İsveçrənin Sürix şəhərində təşkil olunan mərasimə hazırlaşan Terimdən Əmrənin də orada kapitan kimi ölkəsini təmsil edib-etməməsini soruşublar. Mütəxəssis “Ora Tuncay gedəcək, yeni kapitanımız odur” deməklə kifayətlənib. Təcili surətdə yarımmüdafiəçinin çıxış etdiyi İngiltərənin “Midlsbro” klubu ilə əlaqə saxlanıb. Oyunçunun səfərə yollanması üçün komandasından icazə də alınıb. Sabiq kapitan Əmrənin bu məsuliyyətdən azad edilməsinə son vaxtlar yol verdiyi hərəkətlərin səbəbə olduğu ehtimal olunur. Belə ki, yarımmüdafiəçi son iki ayda iki qalmaqalın qəhrəmanı olub.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0