Rusların bəyənmədiyi daha bir futbolçu “Qarabağ”da
15.01.2009 - 15:47
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Ağdamın “Qarabağ” klubu heyətinə yeni oyunçu cəlb edib. Apasport.az saytının məlumatına görə, ağdamlılar Latviyanın 21 yaşlılardan ibarət milli komandasının müdafiəçisi Arturs Siqralisi baxışdan keçirir. Ölkəsinin ən perspektivli futbolçularından sayılan arxa xətt oyunçusu bir müddət əvvəl Moskvada MOİK-də baxışda olub. Rusiyalıların bəyənmədiyi futbolçu hərbçilərin düşərgəsində olduğundan Azərbaycan və Latviya U-21-lərinin qarşılaşmasında iştirak edə bilməyib.
Qeyd edək ki, “Qarabağ”ın daha bir futbolçusu Vaqif Cavadovda MOİK-ə, komandanın əvəzedici heyətinə lazım olmadığı üçün karyerasını Azərbaycanda davam etdirməli olmuşdu.
Qeyd edək ki, “Qarabağ”ın daha bir futbolçusu Vaqif Cavadovda MOİK-ə, komandanın əvəzedici heyətinə lazım olmadığı üçün karyerasını Azərbaycanda davam etdirməli olmuşdu.
- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0