Taner Gülləri “Neftçi”yə yox, “Konyaspor”a keçir
15.01.2009 - 16:40
Taner Gülləri “Neftçi”yə yox, “Konyaspor”a keçir
“Neftçi”nin maraq dairəsində olan türkiyəli hücumçu Taner Gülləri “Konyaspor”a keçməyə yaxındır. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi flaqmanın danışıqlar apardığı 32 yaşlı hücumçunu hədəfə alıb. “Konyaspor”un futbol şöbəsinin rəsmisi Mustafa Duzkaya “Kocaelispor”da çıxış edən Tanerlə yanaşı, Bülənt Böyükbaşı ilə də yaxın günlərdə anlaşma imzalamaq fikrində olduqlarını bildirib: “Transfer edəcəyimiz futbolçuların klubları ilə problemlərin çözülməsini gözləyirik. Məsələ yaxşılığa doğru həll olunur. Transferlərimiz üçün işıq ucu var. Superliqa oyunları başlamadan öncə transferləri bitirmək istəyirik”.

Qeyd edək ki, Gülləri “Kocaelispor”un ona olan borcunu ödəmədiyinə görə Türkiyə Futbol İttifaqına şikayət edib. Kocaeli təmsilçisinə bu problemi həll etmək üçün yanvarın 23-ə kimi vaxt qoyulub. Milli komandamızın kapitanı Rəşad Sadıqovla hələ “Kayserispor”da komanda yoldaşı olan Bülənt onun “Kocaelispor”a gəlişində vasitəçi olub.
0