Gürcüstan milli komandası Bakıya gəlir
15.01.2009 - 17:28
Gürcüstan milli komandası Bakıya gəlir
Bakıda futzal üzrə beynəlxalq turnir təşkil olunacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yanvarın 25-dən 28-dək II Bakı Beynəlxalq Futzal turniri keçiriləcək. Bu ilki turnirə Azərbaycan, Moldova, Gürcüstanın milli komandaları, həmçinin Rusiyanın “Kaspi” klubu qatılacaq.

Turnirin təqviminə əsasən, yığmamızın ilk rəqibi Gürcüstan komandası olacaq. Yanvarın 25-də keçiriləcək bu görüş saat 20:30-da başlanacaq. Digər matçlarını da eyni saatda başlayan futzalçılarımız ertəsi gün “Kaspi”ni, ayın 28-də Moldova yığmasını sınağa çəkəcək. Bütün oyunları Bakı İdman Sarayında keçiriləcək turnirin digər qarşılaşmaları saat 18:00-da başlayacaq.

Qeyd edək ki, 2008-ci il yanvarın 15-18-də keçirilən I Bakı Beynəlxalq Futzal turniri Qazaxıstan, Gürcüstan, həmçinin Bakı klublarının yığma komandasını qabaqlayan Azərbaycan milli komandası birinci yeri tutmuşdu.
0