İlqar Quluzadə: “Kocaelispor” bizə kompensasiya ödəməlidir
15.01.2009 - 17:42
İlqar Quluzadə: “Kocaelispor” bizə kompensasiya ödəməlidir
“Kocaelispor” Rəşad Sadıqovun keçidi ilə bağlı bizə müraciət etməyib”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib. O, bildirib ki, Rəşad Sadıqovun Türkiyənin “Kocaelispor” komandasına transferinin baş tutması danışıqların nəticəsindən asılı olacaq: “Rəşadla bağlı bizə müraciət olunmayıb. Danışıqların olması üçün bizə müraciət etmələri lazımdır. Bu halda, məsələni müzakirə edib, qərarımız verərik. Danışıqlar olmamış transferin baş tutması ilə bağlı fikir bildirmək düzgün olmazdı. Bizim kimi, Antalyada olan “Kocaelispor”un maliyyə problemlərinin olması haqda məlumatımız var. Onlar bu baxımdan acınacaqlı haldadırlar. “Kocaelispor”un futbolçuların çoxu gedib, baş məşqçiləri də yoxdur”.

Vitse-prezidentin sözlərinə görə, hətta maddi problemlərin olması futbolçunun pulsuz buraxılmasına əsas vermir. Yəni, oyunçunun klubla müqaviləsi varsa, keçidə görə müəyyən məbləğdə kompensasiya ödənilmədir: “Transferə çıxardığımız Georgi Adamiya “Bakı”nın düşərgəsində yer alsa da, o, hələ kimi bizim futbolçudur. Çünki müqavilə ilə onun transfer hüququ “Neftçi”yə məxsusdur. Adamiyanın da keçidi danışıqların nəticəsindən asılı olacaq”.

Qeyd edək ki, Sadıqovla Adamiya cari mövsümün ilk dövrəsinin sonuna yaxın “Neftçi”nin alman baş məşqçisi Hans-Yurgen Gede tərəfindən kənarlaşdırılıb.
0