Vəli Qasımovun vəzifəsi ləğv olundu
15.01.2009 - 18:01
Vəli Qasımovun vəzifəsi ləğv olundu
“Neftçi” Vəli Qasımovun əvəzinə idman direktoru postuna başqa şəxsi təyin etməyəcək. Klubun vitse-prezidenti İlqar Quluzadə apasport.az saytına açıqlamasında bildirib ki, bu vəzifənin ləğv olunması nəzərdə tutulub. Onun sözlərinə görə, bununla bağlı klub prezidenti Əkbər Hacıyev qərar verib: “Klubla bağlı qərarları prezident çıxarır. Vəli Qasımovu idman direktoru postundan azad etmişik. Həmin vəzifənin də ləğvi qərara alınıb”.

“Neftçi”də idman direktoru postu 2007-ci ilin payızında Qurban Qurbanovun komandanın sükanı arxasından gedişindən sonra yaradılmışdı. Həmin vaxt baş məşqçi postunu çexiyalı Vlastimil Petrjelaya təhvil verən Qurbanov ötən ilin yayında “Neftçi”dən gedən zamanı bu vəzifədən də istefa verib. Həmin vaxt onu bu postda milli komandamızda bir yerdə çıxış etdiyi 40 yaşlı Vəli Qasımov əvəzləmişdi.
0