Bolqarıstan yığmasının futbolçusu “Olimpik” rəhbərliyindən narazı qalıb
16.01.2009 - 00:09
Bolqarıstan yığmasının futbolçusu “Olimpik” rəhbərliyindən narazı qalıb
Bakının “Olimpik” klubunun baxışa dəvət edib saxlamadığı Georgi Andonov “Botev”ə keçir. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Azərbaycanı narazı tərk edib. Bolqarıstan mətbuatı ölkənin gənclərdən ibarət milli komandasının sabiq futbolçusunun “Olimpik”də qalmamağının səbəbini müəyyənləşdirib.

Belə ki, həmkarlarımız fikrincə, klub rəhbərliyi ilə Andonov arasında anlaşılmazlıq yaşanıb. Elə bu narazılıq da Georginin karyerasını Azərbaycanda davam etdirməsinə əngəl olub. Narazılığın yaranmasına isə baxışa gələn futbolçuya yoxlama oyunlarında şansın verilməməyi səbəb olub. Andonov heç bir sınaq matçında meydana çıxmamağından narazı qalıb.

Qeyd edək ki, Georgi karyerası ərzində Bolqarıstanda “Botev” və “Çerno More”nin formasını daşıyıb.
0