“Karvan” Türkiyəyə Ağakişiyevsiz getdi
15.01.2009 - 19:54
“Karvan” Türkiyəyə Ağakişiyevsiz getdi
Yevlaxın “Karvan” klubu təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyənin Antalya şəhərinə gedib. Apasport.az saytının məlumatına görə, komandanın yeni transferi Murad Ağakişiyev qonşu ölkəyə aparılmayıb. Belə ki, “Karvan”a “Qarabağ” klubundan keçən futbolçüya bilet sifaiş olunmadığından, o, Türkiyəyə bir neçə gündən sonra gedəcək.
Qeyd edək ki, baş məşqçi Yunis Hüseynovun yetirmələri hazırlıq dövründə yoxlama oyunu keçirəcəyi komandalardan birinin Bolqarıstan təmsilçisi olacağı bildirilir.
0