“Neftçi” klubunun bəyənmədiyi futbolçu Superliqada oynayacaq
16.01.2009 - 00:18
“Neftçi” klubunun bəyənmədiyi futbolçu Superliqada oynayacaq
Bakının “Neftçi” klubunun heyətindən uzaqlaşdırılan türkiyəli futbolçu Levent Kartop karyerasını vətəninə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi artıq “Kocaelispor” komandası ilə anlaşıb. Bu barədə açıqlama verən klubun vitse-prezidenti Murat Karayel bildirib ki, baxışda olan daha 10 əcnəbi futbolçunun taleyinə yaxın zamanlarda aydınlıq gətiriləcək.

Qeyd edək ki, Kocaeli təmsilçisində baxışda olan futbolçular arasında milli komandamızın kapitanı Rəşad Sadıqov və Ramal Hüseynov da var. Kartopa gəlincə, birinci dövrədə “Neftçi”yə gələn türk futbolçu alman baş məşqçi Hans-Yurgen Gede tərəfindən komandadan kənarlaşdırılıb.
0