“Qalatasaray”da toy olacaq
16.01.2009 - 00:12
“Qalatasaray”da toy olacaq
“Qalatasaray”ın braziliyalı yarımmüdafiəçisi Kassio Linkoln evlənməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçunun Braziliyada olarkən nişanlandığı məlum olub.

Bu arada Linkolnun mövsümün ilk yarısında göstərdiyi oyunla bağlı danışan “Qalatasaray”ın idarə heyətinin üzvü Haldun Üstünəl deyib ki, braziliyalı futbolçu bir ara zədəli olduğu üçün meydana çıxa bilmədi, ancaq zədəsi sağalandan bəri turdan-tura formasını yaxşılaşdırır. Klub rəsmisi iddia edib ki, ikinci dövrədə Linkoln daha yaxşı oyun nümayiş etdirəcək.
0