“İnter”in rəqibi Moskvada uduzmur
16.01.2009 - 10:33
“İnter”in rəqibi Moskvada uduzmur
“MDB və Baltika ölkələrinin çempionlarının Birlik kuboku” turnirində Bakının “İnter” klubunun rəqibi olan “Dordoy-Dinamo” son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qırğızıstan çempionu Rusiyanın ikinci dəstə təmsilçisi “Zorki” ilə bacarmayıb. “İnter”in rəqibi yalnız ikinci hissədə Artyom Mulacanovun vurduğu qolla məğlubiyyətdən yaxa qurtara bilib – 1:1. Bu yarışa Rusiya paytaxtı Moskvada hazırlaşan “Dordoy-Dinamo”nun “Birlik kuboku”na hazırlıq məqsədilə keçirdiyi üçüncü yoxlama matçı idi. Əvvəlki sınaqlarda da Rusiya təmsilçiləri - “Smena” (2:0) və “Sportakademklub” (1:1) qarşılaşan qırğızlar “İnter”lə sabahkı matça məğlubiyyətsiz çıxacaq.

Qeyd edək ki, “Birlik kuboku”nun ilk turu çərçivəsində “Dinamo” manejində keçiriləcək “İnter” - “Dordoy-Dinamo” matçı sabah Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
0