“Real”ın prezidenti istefa verir
16.01.2009 - 11:33
“Real”ın prezidenti istefa verir
Avropanın ən nəhəng klublarından biri Madrid “Real”ının prezidenti Ramon Kalderon istefa verir. Apasport.az saytının məlumatına görə, klub rəsmilərinin əksəriyyəti onun mümkün qədər tez istefa ərizəsi yazıb, postundan uzaqlaşacağına kökləniblər.

Kalderon İdarə Heyətinin iclası zamanı “Real”ın 2009-cu il maliyyə balansında saxtalaşdırma aparmaqda ittiham olunur. Paytaxt təmsilçisinə hazırda vitse-prezident vəzifəsini daşıyan Visente Boludun rəhbərlik edəcəyi gözlənilir.

Qeyd edək ki, Kalderon 2006-cı ildə “Kral klubu”nun prezidenti seçilib. Onun dövründə “Real” 2 dəfə İspaniya çempionu titulunu (2006/07 və 2007/08 mövsümlərində) və Superkubokunu (2008-ci ildə) qazanıb.
0