Rəşad Sadıqovla Ramal Hüseynovun “Kocaelispor” klubunda taleyi müəyyənləşdi
16.01.2009 - 11:37
Rəşad Sadıqovla Ramal Hüseynovun “Kocaelispor” klubunda taleyi müəyyənləşdi
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun baxışda olduğu Türkiyənin “Kocaelispor” klubunun baş məşqçisiz günləri sona çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Antalya toplanışına baş məşqçisiz qatılan Kocaeli təmsilçisi artıq yeni çalışdırıcı ilə razılıq əldə edib. “Trabzonspor”un sabiq baş məşqçisi Ziya Doğanla prinsipial razılıq əldə edən “Kocaelispor” rəhbərliyi tanınmış mütəxəssisin rəhbərliyi altında Superliqada qalmaq arzusundadır.

Klub prezidenti Serhan Gürkana öz şərtlərini deyən Doğan özü ilə bağlı heç bir maddi problemin olmayacağını bildirib. Lakin komandanın son yoxlama oyununu və bir neçə məşqçini izləyən mütəxəssis özü üçün artıq heyəti də müəyyənləşdirib. Sadıqov və Hüseynovla bağlı da qərarını verən Doğanın bütün şərtləri də heyətlə bağlı olub.

İki oyunçunun yeni transferin təcili gerçəkləşməsini tələb edən çalışdırıcı indiki heyətin böyük hissəsini saxlayaraq, digərlərinin tezliklə geri qaytarılmasını şərt kimi qoyub. Həm yeni iki futbolçu, həm də komandada saxlanılacaq oyunçuların siyahısını rəhbərliyə təqdim edən Doğanın müəyyənləşdirdiyi yeni heyət hələ ki, mətbuata açıqlanmır.

Qeyd edək ki, Ziya Doğan bir vaxtlar futbolçu kimi kapitanı olduğu “Kocaelispor”a 17 ildən sonra qayıdır.
0