“Konyaspor” rəsmisi Rəşad Sadıqovun yalanını üzə çıxardı
16.01.2009 - 13:57
“Konyaspor” rəsmisi Rəşad Sadıqovun yalanını üzə çıxardı
“Rəşad Sadıqovu tanısaq da, onunla maraqlanmırıq. O, bizim komandanın transfer planlarına daxil deyil”. Bunu apasport.az saytına açıqlamasında “Konyaspor” klubunun futbol şöbəsinin rəsmisi Mustafa Düzkaya deyib.

Hazırda Türkiyə Superliqasında 12-ci yerdə qərarlaşan komandanın rəhbər şəxsi Azərbaycan yığmasının 27 yaşlı kapitanı Rəşad Sadıqovu transfer edəcəkləri ilə bağlı yayılan xəbərləri təkzib edib: “Onunla müqavilə bağlamaq fikrimiz yoxdur. Gələcəkdə necə olacağını deyə bilmərəm. Hər halda, hal-hazırda Sadıqovu transfer etməyi planlaşdırmırıq”.

Qeyd edək ki, Rəşad “Kocaelispor”dan baş məşqçi və maliyyə problemləri həll olunmadığı üçün getdiyini bildirib. O, “Konyaspor”un dəvətini qəbul edərək, bu komandanın düşərgəsinə gəldiyini və yaxın günlərdə il yarımlıq müqavilə bağladığını söyləyib.
0