Azərbaycan yığmasının heyətində ruslara qarşı kim oynayacaq?
16.01.2009 - 15:52
Azərbaycanın futzal üzrə yığma komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yanvarın 21-dən 29-dək təlim-məşq toplanışı keçməklə yanaşı, II Bakı Beynəlxalq Futzal Turnirində iştirak edəcək milli komandamıza 14 oyunçu cəlb olunub. Bunlar qapıçılar Marat Salyanski, Elnur Zamanov, sahə oyunçuları Rizvan Fərzəliyev, Vitali Borisov, Nilson Maşado dos Santos, Luis Serjio Lukas, Noranya Rene, Namiq Məmmədkərimov, Tahir Mikayılov, Radik Məmmədov, Rikardinyo, Elnur Qəmbərov, Ağatahir Əzimov və Seymur Məmmədovdur. Bu, futzal yığmamızın yeni baş məşqçisi olan braziliyalı mütəxəssis Joze Alesio da Silva üçün ilk sınaq olacaq.
Qeyd edək ki, turnirdə rəqiblərimiz Gürcüstan və Moldova milli komandaları, həmçinin Rusiyanın “Kaspi” klubu olacaq.
Qeyd edək ki, turnirdə rəqiblərimiz Gürcüstan və Moldova milli komandaları, həmçinin Rusiyanın “Kaspi” klubu olacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0