“Neftçi” klubunun növbəti rəqibi “Moskva” oldu
17.01.2009 - 12:04
Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubunun növbəti yoxlama görüşündə qarşılaşacağı rəqib müəyyənləşib. Bu barədə apasport.az saytına komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, yanvarın 20-də Rusiya təmsilçisi “Moskva” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyununun keçirilməsi planlaşdırılıb.
Səfiyarlı bildirib ki, komanda hazırlığı yanvarın 24-də başa vurub Bakıya qayıdacaq. 3 günlük istirahətdən sonra yenidən Antalyaya yollanacaq “Neftçi” fevralın 8-dək təlim-məşq toplanışında olacaq. Komandanın İspaniyaya nəzərdə tutulan səfəri isə baş tutmayacaq. Buna səbəb İspaniya ilə müqayisədə, Türkiyədə yoldaşlıq görüşündə rəqib tapmağın daha asan olmasıdır.
Xatırladaq ki, yanvarın 7-dən Antalyada olan “Neftçi” dörd yoxlama matçı keçirib ki, bunların ikisində qələbə qazanıb, ikisində uduzub. Rusiya “Sibir”ini 1:0, Almaniya “Karl-Zeys”ini 2:1 üstələyən flaqman “Feyenoord”a (Hollandiya) 1:5, “İzmirspor”a (Türkiyə) 0:1 hesabıyla yenilmişdi.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0