“Neftçi” daha üç futbolçunu geri qaytardı
17.01.2009 - 12:12
“Neftçi” daha üç futbolçunu geri qaytardı
Türkiyədə hazırlığını davam etdirən Bakının “Neftçi” klubu baxışda olan daha bir neçə legionerin taleyinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, komandanın alman baş məşqçisi Hans-Yurgen Gede Rusiya “Sibir”ini məğlub etdikləri (1:0) yoxlama oyunundan sonra litvalı Mindauqas Kalonas, rumın Leonard Naydin və makedoniyalı Aleksandr Bayevskini bəyənmədiyi üçün geri qaytarıb. Digər baxışda olanlardan slovak Mixal Kubala ilə latviyalı Kristaps Qrebjis hələ düşərgədədir. “Neftçi” bunlar haqda son qərarı yaxın günlərdə verəcək. Bu arada komandamız baxışa daha bir futbolçunu çağırıb. Bu, Bolqarıstanın “Liteks” klubundan gələn braziliyalı Eduard dos Santosdur. 1,77 metr boya malik 28 yaşlı hücumçu “Liteks”ə qədər Bolqarıstanda “Belasista”, vətənində “Banqu” və “İnter” (Delimeyra) klublarında çıxış edib.
0